“Best Model of Azerbaijan”ın direktoru: Hazırda moda və model sahəsində, həmçinin təşkilati bacarıqlarda özümə rəqib görmürəm - FOTO

“Best Model of Azerbaijan”ın direktoru: Hazırda moda və model sahəsində, həmçinin təşkilati bacarıqlarda özümə rəqib görmürəm - FOTO
# 13 iyun 2024 11:00 (UTC +04:00)

Azərbaycanda moda sənayesinin tanınmış sahibkarı və bir çox model layihələrinin, müxtəlif festivalların ideya müəllifi və təsisçisi, həmçinin “Best Model of Azerbaijan”ın direktoru Elxan Paşayev yeni açıqlamaları ilə gündəmə gəlib.

Elxan Paşayev hal-hazırda yeni layihələr üzərində işlədiyini bildirərək yenə də gündəmi zəbt edəcəyinin sözünü verib.

Moda sənayesində fəaliyyətim 9 il öncə model karyerasına başlamağımla olub. Bu sahə üzrə mənim üçün əsas qayə sahəni bütün xırda detallarına qədər mənimsəmək, hər şeyi dünya standartlarına uyğun formada peşəkar olaraq həyata keçirməkdir. Şübhəsiz, çalışdığımız layihələrdə ölkəmizin milli-mənəvi dəyərlərini qorumaq da əsas məqsədlərimizdəndir. Sırf standartlar üzərində daha peşəkarcasına layihələrin təşkili üçün çalışırıq. Hazırda “Best Model of Azerbaijan”ın 2024-cü il seçimlərinə başlamaqdayıq. Bu istiqamətdə gərgin iş gedir. Güman ki, yay aylarında seçim, sentyabrda açılış, dekabrda isə möhtəşəm finalımız olacaq.

Eləcə də, bildiyiniz kimi, Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Bu layihə çərçivəsində çox istəyərdim ki, Azərbaycanın bütün sahələrdə xarici qonaqlara tanıdılmasına pay sahibi olum. Bu mənada, milli ornamentlərimizi özündə əks etdirən, Azərbaycanın milli geyim və naxışlarını, milli dizaynerlərimizin əl işlərinin nümayişini həyata keçirmək planlarım siyahısındadır. Hazırda bu layihə üzərində də çalışıram. Ümid edirəm ki, hər iki layihə yenə də istədiyimiz kimi baş tutacaq və gündəm yaradacaq”.

Moda mütəxəssisi son dövrlərdə bu sahədə özünü göstərmək istəyənlərə də məsləhət verib.

“Ölkəmizdə kiçik və böyük sahibkarların inkişafı üçün yetərincə şərait yaradılıb. Bizim sahəmizə gəlincə, hər zaman bu kimi təşkilati layihələrin ölkəmizin adına layiq formada təşkilini dəstəkləyir, öz işlərimdə də bu ideologiya üzərindən hərəkət etmişəm. Hazırda bu sahədə rastlaşdığım bir sıra uğursuz və zəif layihələrə baxanda məyusluq hiss keçirirəm. Bu cür layihələrin belə uğursuz olmasında, yəqin ki, təcrübəsizlik rol oynayır. Mən onlara özlərini təkmilləşdirmələrini məsləhət görmək istəyirəm. Özüm bu sahəyə gələndə heç kəsdən dəstək almamışam, ona görə də düşünürəm ki, hər kəs öz potensialı üzərindən çalışsa, nələrəsə nail ola bilər. Hər xırda detal peşəkarlığa söykənməlidir”.

Moda fenomeni bu sahədə özünə qətiyyən rəqib görmədiyini də deyib.

Mən bu sahədə ilk addımları atarkən qarşıma qoyduğum məqsəd ölkədə moda sahəsində görüləcək işlərin ən mükəmməlinə imza atmaq olub. Əlbəttə, sahənin inkişafı üzrə kifayət qədər işlər görmüşəm. Buraya model məktəbləri, bu sahə üzrə müxtəlif tipli layihələrin icrası, eləcə də həvəsli gənclərin maarifləndirilməsi, onlara yol göstərilməsi və digər məsələlər daxildir. Bu işləri əvvəllər necə həvəslə görmüşəmsə, bundan sonra da elə davam etdirəcəyəm. Hal-hazırda moda sahəsində özümə rəqib görmürəm. Ən azından, ölkənin ən mötəbər və tanınmış layihəsi “Best Model of Azerbaijan”ın direktoru olduğum müddətdə qazandığım uğurlar bunu deməyimə əsas verir. Hələ digər istiqamətləri demirəm. Hətta mən hesab edirəm ki, fərqli sahələrdə mənim qədər işini sevən və işinin professional formada görən böyük, mötəbər ikinci bir təşkilatı ikinci bir insan yoxdur”.

Elxan Paşayev hazırkı statusu qazanmağın heç də asan başa gəlmədiyini və bir çox qurbanlar verdiyini də qeyd edib.

“Milli Aviasiya Akademiyasını qırmızı diplomla bitirmişəm və 5 il Azərbaycan Hava Yollarında sırf marketinq üzrə aparıcı mütəxəssis olaraq çalışmışam. Mən öz peşəmi bu sahəyə, sevdiyim sahəyə qurban vermişəm. Hazırda məşğul olduğum sahə mənim həyatımda çox şeyi dəyişib. İnsanlarla birəbir ünsiyyətdə olmaq, böyük şirkətlərlə əməkdaşlıq, Azərbaycan üçün müəyyən addımların atılması və sair istiqamətində karyeramı qurmuşam və qəti şəkildə peşman deyiləm. Mənim 31 yaşım var, bu yaşıma qədər sevdiyim sahə üzrə müxtəlif uğurlar qazanmış, Elxan Paşayev adını bir brendə çevirməyi bacarmışam. Düşünürəm ki, irəliləyən zamanlarda daha böyük uğurlar əldə edəcəyəm. Bu layiqəm və buna inanıram”.

“Best Model of Azerbaijan” layihəsinin direktoru kimi yenə də gündəmi silkələyəcəklərini deyən Elxan Paşayev layihənin ölkə adına ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb.

“Ən yaxşılar hər zaman müzakirə predmeti olur, bu normaldır. “Best Model of Azerbaijan” layihəsi ölkə üzrə ən çox danışılan, tanınan, beynəlxalq müstəvidə öz iştirakını təmin edən yeganə müsabiqədir. Təşkilati baxımdan yanaşsaq, bu layihə ən böyük təşkilatçılıq qabiliyyətinə malik layihədir. 2021-ci ildə Olimpiya stadionunda, 2022-ci ildə “Crystal Holl”da, 2023-də Alov Qüllələrində çox böyük, gündəm yaradan, ölkədə səs-küy yaradan finallar etmişik. Layihəmiz tamaşaçı kütləsi baxımından kifayət qədər maraq görür, eləcə də buraya böyük şirkətlərin diqqəti görünür, milli və xarici dizaynerlər hər il layihə haqqında yüksək fikirdə olduqlarını dilə gətirirlər. Layihədə Azərbaycanın adının təmsil olunması mənim üçüm tamamilə başqa və ciddi önəmə sahibdir. Builki layihə haqqında onu deyim ki, layiqli təmsilimizin seçilməsini arzu edir, eləcə də dünya standartlarına uyğun açılış, mətbuat konfransı və final üçün əlimizdən gələn hər şeyi edəcəyimizin sözünü verə bilərəm. Əvvəlki illərdə olduğu kimi yenə də gündəmi alt-üst edəcəyimizə, ilə öz damğamızı vuracağımıza inanıram”.

Peşəkar moda mütəxəssisi “Best Model of Azerbaijan”ın qalibləri ətrafında sosial mediada gedən müzakirələrə də toxunub O, zövqlərin müxtəlif olduğu fikrini qəbul etsə də, bu sahədə peşəkarların fikri ilə tamaşaçıların fikrinin üst-üstə düşməyəcəyini də bildirib.

“Moda sahəsi elədir ki, geyim, tərz, danışıq və digər bu kimi mövzular hər zaman müzakirəyə açıqdır. Hər kəs bununla bağlı tənqidi fikirlərini bildirə bilər. Zövqlər müxtəlif olsa da, unutmaq olmaz ki, burada əsas məsələ peşəkar standartlardır. Biz də bu standartlara uyğun hərəkət edirik. “Best Model of Azerbaijan”ın direktoru olduğum gündən dünya üzrə Azərbaycana birinci və ikincilik, daha sonra üçüncü və dördüncülük gətirən nəticələrimiz olub. Bunlar kifayət qədər böyük uğurlardır. Doğrudur, zövqlər müzakirə edilmir, amma biz həm də çalışırıq ki, hər kəsin gözünə və zövqünə xitab etməyi bacaraq”.

Rəsmi İnstagram səhifəsi:

https://www.instagram.com/elkhanpashayev?igsh=OGQ5ZDc2ODk2ZA==

Youtube:

https://youtu.be/TsMWL_uEmqU?si=lKBTHVwoxzu_atq9

https://youtu.be/VOH4zH1pPJM?si=ozWpCFmon5o4V4UY

1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR