Beyonsun konserti İsveçdə inflyasiyaya səbəb olub

Beyonsun konserti İsveçdə inflyasiyaya səbəb olub
# 15 iyun 2023 12:05 (UTC +04:00)

Amerikalı müğənni Beyonsun solo konserti may ayında İsveçdə inflyasiyanın 9,7%-ə qalxmasına səbəb olub.

APA “Guardian”a istinadən xəbər verir ki, superstarın dünya turu çərçivəsində mayın ortalarında İsveçdə verdiyi iki solo konsertində iştirak etmək istəyən on minlərlə fanatı İsveçin paytaxtı Stokholma axın edib.

Təxminlərə görə müğənninin hər konsertində ortalama 46 min nəfər iştirak edib.

Məlumatda bildirilib ki, Stokholma gələnlərin sayının qəfil artması səbəbilə hotel və restoranların, istirahət mərkəzlərinin qiymətləri artıb, həmçinin geyim qiymətləri bahalaşıb. Bir çoxları paytaxt hotellərində yer qalmadığı üçün şəhərdən kənarda qalmalı olublar.

Bildirilib ki, bilet qiymətlərinin ucuz olması, həmçinin İsveçin milli valyutasının nisbətən zəif olması səbəbilə uzaq ölkələrdən gələnlərin sayı da kifayət qədər çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR