Bukmeykerlər Avroviziya təmsilçimizi favorit olaraq görmür

Bukmeykerlər Avroviziya təmsilçimizi favorit olaraq görmür
# 01 may 2023 16:25 (UTC +04:00)

“Avroviziya-2023” Beynəlxalq mahnı müsabiqəsinə sayılı günlər qala bukmeykerlər müsabiqə iştirakçılarının qalibiyyət şanslarını dəyərləndirib.

APA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bukmeykerlərin fikrincə, builki müsabiqədə ən iddialı ifa İsveç təmsilçisi Loreenə aiddir.

Onun “Tatoo” mahnısı hələlik ən yüksək faiz göstəricisinə malikdir: 45 faiz.

Loreenin ən yaxın izləyicisi 17 faizlə Finlandiya və 6 faizlə Ukrayna təmsilçiləridir.

Azərbaycanı təmsil edən TuralTuranX dueti isə, bukmeykerlərə görə, o qədər də iddialı deyil. Onların qalibiyyət şansı ümumilikdə 1 faizdən də aşağı qiymətləndirilir.

Xatırladaq ki, müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR