Castin Biber koronavirusa yoluxub

Kanadalı müğənni Castin Biber

© APA | Kanadalı müğənni Castin Biber

# 21 fevral 2022 00:56 (UTC +04:00)

Kanadalı müğənni Castin Biber koronavirusa yoluxub.

APA xəbər verri ki, bu barədə TMZ portalı məlumat yayıb.

Müğənninin sözçüsü portala bildirib ki, Biber bazar günü Las-Veqasda çıxış etməli idi lakin infeksiyaya görə cədvəldə dəyişiklik edib və çıxış yaya qədər təxirə salınıb.

Bundan əlavə, portalın məlumatına görə, pop ulduz fevralın 22-də və 24-də Qlendeyldə (Arizona) və Los-Ancelesdə (Kaliforniya) konsertlər planlaşdırıb. Bu tədbirlərin də ləğv edilib-edilməyəcəyi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR