Elvis Preslinin qızının ölüm səbəbi məlum olub

Elvis Preslinin qızının ölüm səbəbi məlum olub
# 14 iyul 2023 14:45 (UTC +04:00)

Məşhur amerikalı müğənni Elvis Preslinin qızı Liza Mari Preslinin ölüm səbəbi məlum olub.

APA BBC-yə xəbər verir ki, o, əməliyyat sonrası yaranan fəsadlar səbəbindən dünyasını dəyişib.

Belə ki, Liza Marinin arıqlama əməliyyatından sonra bədənində əmələ gələn yapışmalar (çapıqlar) səbəbindən nazik bağırsağında tıxanma yaranıb və bu da ölümünə səbəb olub.

Xatırladaq ki, Rok-n-roll əfsanəsi Elvis Preslinin yeganə övladı Liza Mari Presli yanvarın 12-də 54 yaşında dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR