Estoniya hökuməti müğənni Filip Kirkorovun 5 il müddətinə ölkəyə girişini qadağan edib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Bu addıma səbəb sənətçilərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləmələri olub.
Qeyd edək ki, Kirkorovun mayın 27-də, Qaqarinanın isə sentyabrın 23-də Estoniyada konserti planlaşdırılırdı.