Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulub

Hollivud aktyorları ssenaristlərin tətilinə qoşulub
# 14 iyul 2023 12:47 (UTC +04:00)

Hollivud aktyorları studiyalarla maaşların artırılması ilə bağlı danışıqların uğursuz başa çatmasından sonra may ayından bəri piket keçirən kino və televiziya ssenaristlərinin tətilinə qoşulublar.

APA “Reuters”ə istinadən xəbər verir ki, sonuncu dəfə 1960-cı ildə olmuş ssenarist və aktyorların tətili səbəbilə ABŞ-da və ölkə xaricindəki bir çox studiyalar fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üzləşiblər.

Qeyd olunub ki, aktyorların və ssenaristlərin tətilinin sektora böyük iqtisadi itkilər gətirəcəyi gözlənilir.

Hollivudun 160 mindən çox kino və televiziya aktyorunu cəmləşdirən ən böyük həmkarlar ittifaqı – SAG-AFTRA və Amerika Yazıçılar Gildiyası (WGA) maaşların artırılmasını və iş yerlərinin süni intellekt tərəfindən əvəzlənməyəcəyinə zəmanət verilməsini tələb edirlər.

Təxminən 11 500 ssenaristin qoşulduğu tətil səbəbilə bir sıra telekanallar şouları təkrar yayımlamaq məcburiyyətində qalıblar. Yaranmış vəziyyətin həmçinin payız fəsli üçün nəzərdə tutulan buraxılışların istehsalını pozduğu, böyük büdcəli filmlərin istehsalını dayandırdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR