Məşhur hind filmi "Disko rəqqası"nın bəstəkarı vəfat edib

Bappi Lahiri

© APA | Bappi Lahiri

# 16 fevral 2022 10:22 (UTC +04:00)

Bollivudda "diskoteka dövrü”nün klassiki hesab edilən tanınmış hind bəstəkarı və müğənnisi Bappi Lahiri (əsl adı Alokesh Lahiri) 69 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat verib.

Klinikadan bildirilib ki, onun ölüm səbəbi yuxuda nəfəsinin dayanması olub.

Lahiri hind kino musiqisində disko üslubunun yaradıcısı hesab edilir. O, 1970-1980-ci illlərdə çəkilmiş bir çox filmin bəstəkarı olub. Lahiri “Disko rəqqası”, “Oyna, oyna”, “Sevgi ,sevgi, sevgi” kimi keçmiş SSRİ və Azərbaycanda da sevilən filmlərin musiqisinin müəllifidir. Bu filmlərdə bəzi mahnıları o özü ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR