Moskvada “Bizim nəsil” beynəlxalq uşaq müsabiqəsi keçirilir - FOTO

Moskvada “Bizim nəsil” beynəlxalq uşaq müsabiqəsi keçirilir - FOTO
# 16 noyabr 2023 17:30 (UTC +04:00)

Moskvada “Bizim nəsil” beynəlxalq uşaq müsabiqəsi keçirilir. AZAL-ın dəstəyi ilə Azərbaycan nümayəndə heyəti Moskva şəhərinə yollanıb.

APA xəbər verir ki, Azərbaycanı bu müsabiqədə 9 yaşlı Selin İsgəndərova təmsil edir. O, müsabiqədə iştirak etmək üçün Azərbaycan Uşaq Fondu tərəfindən seçilib.

Azərbaycanlı təmsilçi "Xoşbəxtlik quşu” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək. Mahnının müəllifləri Zəhra Bədəlbəyli və Röya Hüseynovadır. Layihənin rəhbəri – Zəhra Bədəlbəyli, nümayəndə heyətinin rəhbəri Vüsal Qarayevdir. Dizayner Samirə İsmayılova. Video tanınmış videoqraf Toğrul Həsənov tərəfindən hazırlanıb.

Mahnının rəsmi video-çarx premyerası 16 noyabr 20:00-da Selin İsgəndərovanın rəsmi Youtube kanalında baş tutacaq.

Müsabiqəyə Rusiya, Azərbaycan, Ermənistan, Braziliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Mavrikiy, Monqolustan, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikasından olan iştirakçılar qatılıblar. Müsabiqənin finalı noyabrın 18-də "Moskva” konsert zalında saat 16:00-da baş tutacaq və onlayn yayımlanacaq.

Səsvermə onlayn və münsiflər heyəti tərəfindən baş tutacaq. Münsiflər heyəti isə - öz ölkələri üçün səs verə bilməyəcək və ancaq digər ölkələrə səs verə biləcəklər.

Noyabrın 16-da isə Moskva vaxtı ilə saat 22:00-dan (Bakı vaxtı ilə saat 23:00-dan) onlayn səsvermə https://www.ourgeneration.tv/ru rəsmi saytında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR