Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb - YENİLƏNİB

Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb - YENİLƏNİB
# 09 oktyabr 2023 15:59 (UTC +04:00)

Müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən Bakıya qayıdıb.

APA xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edək ki, müğənni daha əvvəl sosial mediada paylaşım edərək Tel-Əvivdən İstanbula uçduğunu bildirmişdi.

***

09:47

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

APA xəbər verir ki, bu barədə o, sosial media hesabında bildirib.

O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR