Parisdə konserti zamanı 41 yaşlı müğənni səhnədə dünyasını dəyişib - VİDEO

Parisdə konserti zamanı 41 yaşlı müğənni səhnədə dünyasını dəyişib - VİDEO
# 16 oktyabr 2022 19:47 (UTC +04:00)

Haitili müğənni Mikaben Benjamin Parisdə Carimi qrupu ilə konserti zamanı çıxış etdikdən sonra vəfat edib.

APA xəbər verir ki, bu barədə BFM kanalı məlumat yayıb.

Müğənni ifadan sonra huşunu itirib, həkimlər ona ürək masajı etsələr də xilas edə bilməyiblər. Sənətçinin 41 yaşı var idi.

Mikabeni səhnəyə "Ou Pati" kompozisiyasını ifa etmək üçün dəvət ediblər.

Bu, qrupun dağılmasından altı il sonra kollektivin ilk çıxışı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR