Sentyabrın 19-dan 25-dək Rusiyada qismən səfərbərliyin elan olunduğu həftə ərzində ölkədə yüzə yaxın kütləvi tədbir - konsertlər, festivallar, şənliklər ləğv edilib və ya təxirə salınıb.
APA xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Qeyd olunur ki, Rusiyada qismən səfərbərlik elan ediləndən bir gün sonra normadan 270%-dən çox tədbir təxirə salınıb və ya ləğv edilib.
Vurğulanır ki, fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat elan edildikdən sonra əyləncə tədbirlərinin ləğvində də artım müşahidə olunub. Ləğvetmə və təxirə salınma 436% təşkil edib.
Gələn həftənin sonuna qədər 200-dən bir qədər çox ləğv və təxirə salınma olacağı proqnozlaşdırılır.