Samirə Əfəndi: Tel-Əvivdə səhər saat 5-də raket səsinə oyandıq, zirzəmiyə düşdük

Samirə Əfəndi: Tel-Əvivdə səhər saat 5-də raket səsinə oyandıq, zirzəmiyə düşdük
# 09 oktyabr 2023 19:29 (UTC +04:00)

"Tel-Əvivdə olan zaman Azərbaycan diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq bizimlə əlaqə saxlayırdı".

APA xəbər verir ki, bunu İsraildən Vətənə qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.

Müğənni Tel-Əvivdə olarkən keçirdiyi həyəcanı uzun müddət unutmayacağını qeyd edib: "Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi, biz də düşdük.

Azərbaycanın diaspor və səfirlik nümayəndələri hoteli tərk etməməyimizi məsləhət bildilər.

Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm", - müğənni əlavə edib.

Qeyd edək ki, azərbaycanlı müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə HƏMAS-ın İsrailə hücumundan sonra yaranan hərbi vəziyyətə görə, Tel-Əviv şəhərində qaldıqları hoteldə sığınacağa yerləşdirilib.

“Avroviziya” təmsilçimiz İsrailə konsert proqramı çərçivəsində çıxış etmək üçün səfər etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR