Sevda Ələkbərzadə İçərişəhərdə bayağı mahnıların səsləndirilməsinə qarşı çıxıb

Sevda Ələkbərzadə İçərişəhərdə bayağı mahnıların səsləndirilməsinə qarşı çıxıb
# 30 noyabr 2023 13:09 (UTC +04:00)

“Bayaq burada bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi, lakin problem bu deyil, problem odur ki, bu gün radionu açırsan, həmin bayağı mahnını eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin o bayağı mahnını oxuyanı görürsən, o mahnını eşidirsən”.


APA xəbər verir ki, bunu Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiyada deyib.

"Aparıcılar həmin adamları elə formada təqdim edir ki... Nəticədə, həmin adamlar özlərinə sənətçi deyirlər. Çox üzr istəyirəm, o adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm", - Əməkdar artist qeyd edib.

Sevda Ələkbərzadə bayağı mahnıların gələcək nəsillərə təsiri məsələsinə toxunub. "Balaca uşaq axı bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı? O sadəcə görür. Eşidir. Və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim? Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?".

Müğənni televiziya proqramlarına qatılmamasının səbəbini açıqlayıb: "Çünki mən baxıram ki, həmin verilişə iki gün öncə kimlər çağırılıb? Və onlar necə təqdim edilib. Mənim o verilişdə nə işim var? Ayıbdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR