Tina Törner vəfat edib

Tina Törner vəfat edib
# 24 may 2023 22:49 (UTC +04:00)

Tanınmış ABŞ əsilli isveçrəli müğənni Tina Törner vəfat edib.

APA xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əsl adı Anni Mey Bullok olan ABŞ əsilli İsveçrəli müğənni Tina Törner "Rok and Roll Kraliçası" olaraq adlandırılıb.

Tina əvvəllər gecə klublarında müğənni kimi səhnəyə çıxsa da, sonradan gələcək həyat yoldaşı gitaraçı İka Törner onun istedadını kəşf edib.

Daha sonra o, İka Törnerin yaratdığı qrupa vokalist olaraq qoşulur və solo karyerasına qədər artıq burda - "İke and Tina Turner Revue" qrupunda aparıcı müğənni kimi şöhrət qazanır.

"Let's Stay Together" mahnısı isə müğənninin karyerasında əsaslı dönüş nöqtəsinə səbəb olur. O, bununla da, solo ifaçılıqda dünya şöhrəti qazanır. Bu ifa ilə o vaxtın ingilis "Top 10"una daxil olur.

Dünya şöhrətli müğənni 2 Qremmi mükafatının sahibidir.

Tina Törner müğənniliklə yanaşı özünü filmdə və yazıçılıqda da yoxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR