Bakı -
“Konsertin adı da mənim bugünkü çıxışımın məqsədini bildirir. Uzunmüddətli ifaçılıq fəaliyyətimin nəticəsini sevimli tamaşaçılarımın mühakiməsinə buraxmaq, onlarla üz-üzə, göz-gözə qalmaq, sənətimi onlarla paylaşmaq istədim. Təvazökarlıqdan uzaq olsa da, deyəsən, onların könlünü oxşaya bildim”, deyə Ü. Quliyeva bildirib.
Konsertdə ifaçının fəxri qonaqları olan Flora Kərimova və Natəvan Şeyxova Ülkər Quliyevanın güclü səs və yüksək ifa texnikasına malik olduğunu söyləyiblər.
İki saat ərzində canlı olaraq caz, blüz, pop, rok musiqi janrlarında Azərbaycan, rus, türk, fransız və ingilis dillərində müxtəlif mürəkkəb kompozisiyalar ifa edən müğənninin hər bir ifası tamaşaçıların sürəkli alqışları ilə qarşılanırdı.
Qeyd edək ki, Ülkər Quliyeva musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi məktəbində fortepiano sinfi üzrə alıb. Daha sonra o, Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirib. Amma o vaxtdan fasiləsiz musiqi ilə məşğul olub, müxtəlif musiqi janrlarını və onların ifa texnikasını mənimsəyib.