Bakı. Turan Şakir – APA. Türkiyənin tanınmış şoumeni Bəyazın (Bəyazid Öztürk) aparıcısı olduğu “Beyaz Show” verilişinin tamaşaçıları studiyanı tərk ediblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin müxtəlif universitetlərindən gəlmiş tələbələr mayın 31-də gecə proqramın canlı yayımının başlamasına bir neçə dəqiqə qalmış Taksimdə keçirilən aksiyaya qoşulmaq üçün studiyanı tərk ediblər. Nəticədə tamaşaçısız qalan verilişin yayımı təxirə salınıb.