Bakı-APA. ATV kanalında yayımlanan “Böyük səhnə” beynəlxalq vokal layihəsinin efir vaxtı dəyişdirilib. APA-nın məlumatına görə, fevralın 16-dan etibarən “Böyük səhnə” layihəsi ATV kanalında saat 21.30-dan etibarən yayımlanacaq.
Buna səbəb ev işləri və axşam saatlarında yollardakı tıxaclar səbəbilə layihəni izləyə bilməyən çoxsaylı tamaşaçıların arzularıdır. Bununla əlaqədar kanal rəhbərliyi və şounun təşkilatçıları tamaşaçıların istəyini nəzərə alaraq efir vaxtını saat 21.30-a dəyişdiriblər.
Tamaşaçılar fevralın 16-da efirə gedəcək “Böyük səhnə” layihəsinin növbəti buraxılışında finala vəsiqə qazanmış altı qalibin ifasını izləmək imkanı əldə edəcəklər. Bunlar Tomris (69 bal), Aysel Nərimanova (68 bal), Vlada Avundova (68 bal), Nigar Hüseynova (65 bal), Səidə Əliyeva (65 bal) və Cəbrayıl Rəsulovdur (64 bal).
Hər iştirakçı Azərbaycan və ingilis dillərində iki kompozisiya səsləndirəcəklər. Bu dəfə münsiflər heyətinin tərkibində dəyişiklik olacaq. Amerikalı prodüserlər TOm Rotrok, Qari Miller və Cek Speyd heyətdə qalıblar, digər dörd münsifin kimliyini isə layihə üzərində işləyən komanda sirr saxlayır.