Bakı - APA. Fevralın 9-da “Böyük Səhnə” Evrovision milli seçim turunun ilk konsert proqramı keçirilib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Mübariz Tağıyev, Zümrüd Dadaşzadə, Murad Arif, Tünzalə Ağayeva və Eldar Qasımovdan ibarət münsiflər heyətinin müzakirəsindən sonra 14 iştirakçı arasından 10 nəfər - Fuad Əsədov, Erkin Osmanlı, Dilarə Kazımova, Elton İbrahimov, Aydın Eyvazadə, Azad Şabanov, Hülya İbadova, Xana Həsənova, Samirə Əfəndiyeva və Valeriya Həsənzadə növbəti mərhələyə keçiblər.
“Böyük Səhnə” Evrovision milli seçim turunun ikinci konsert proqramı fevralın 16-sı keçiriləcək.