Bank Of Baku

“Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ın uzun siyahısına daxil edilib

“Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ın uzun siyahısına daxil edilib
# 11 oktyabr 2013 10:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ın uzun siyahısına daxil edilib. APA-nın məlumatına görə, sözügedən nominasiya üzrə 76 ölkənin filmləri mübarizə aparacaq.

 

“Oskar” mükafatının 86-cı mükafatlandırma mərasimi 2014-cü il martın 2-də Los-Ancelesdə keçiriləcək. 24 kateqoriyada əsas namizədlər 2014-cü ilin yanvar-fevral aylarında elan ediləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” kinodramının quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyevdir. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcü aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və digərləri çəkiliblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR