Bank Of Baku

“Eurovision-2013” milli seçimlərinin dördüncü həftəsinin qalibi müəyyənləşib - FOTO

“Eurovision-2013” milli seçimlərinin dördüncü həftəsinin qalibi müəyyənləşib - <span style="color: red;">FOTO
# 19 yanvar 2013 11:28 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək məqsədilə milli seçim turunun dördüncü yarımfinalçısı məlum olub. APA-nın məlumatına görə, İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”-də Azərbaycanı təmsil etmək arzusunda olan daha 8 namizəd ilk turda öz gücünü sınayıb. Münsiflər heyəti və tamaşaçıların rəyinə əsasən həftənin qalibi Leyla Əliyeva olub. 

 

Qeyd edək ki, iştirakçılar beş gün müddətində öz bacarıqlarını münsiflər heyəti və tamaşaçılar qarşısında nümayiş etdiriblər. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gün hesab olunur. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq. Daha sonra isə onlar birincilik uğrunda mübarizəyə qoşulacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Ümumilikdə 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq.

 

İndiyədək keçirilən həftələrdən növbəti mərhələyə Vüqar Muradov, Rəvanə Əliyeva və Fərəh Hadıyeva vəsiqə qazanıblar.

 

İctimai Televiziyadan APA-ya bildirib ki, milli seçimlərə 20 yanvar faciəsi ilə əlaqədar bir həftə fasilə veriləcək. Beşinci həftə yanvarın 28-də start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR