Bank Of Baku

“Eurovision-2013” milli seçimlərinin beşinci həftəsinin qalibi müəyyənləşib

“Eurovision-2013” milli seçimlərinin beşinci həftəsinin qalibi müəyyənləşib
# 02 fevral 2013 10:44 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək məqsədilə milli seçim turunun beşinci yarımfinalçısı məlum olub. APA-nın məlumatına görə, İctimai Televiziyanın canlı efirində Azərbaycanın İsveçdə keçiriləcək 58-ci “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə iddialı 9 ifaçı həftə ərzində səs

və səhnə imkanlarını canlı yayımda sınayıblar. Bunun üçün də onlar 5 gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək, dünya, eləcə də Azərbaycan estradasından nümunələri, məşhur “Eurovision” hitlərini səsləndiriblər.

 

İfaçıların çıxışları həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən izlənilərək dəyərləndirilib. Onların birgə rəyinə əsasən 5-ci həftənin qalibi Leyla Qafari olub. Beləliklə də o, milli seçim turunun 5-ci yarımfinalçısı seçilib.

 

Qeyd edək ki, mili seçim turunun bu mərhələsi 8 həftə müddətində nəzərdə tutulub. Artıq 5 həftənin qalibi məlumdur. Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva və Leyla Əliyeva da milli seçim turunun əvvəlki həftələrinin qalibləri olub. Hər həftənin qalibi növbəti mərhələdə

finala vəsiqə qazanmaq uğrunda yarışacaq.

 

Onu da qeyd edək ki, ilkin püşkatmanın nəticəsinə görə, Azərbaycan təmsilçisi “Eurovision 2013” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalının

birinci hissəsində çıxış edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR