Bank Of Baku

“Eurovision-2013”də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun altıncı həftəsi start götürür

“Eurovision-2013”də Azərbaycan təmsilçisinin seçilməsi üçün milli seçim turunun altıncı həftəsi start götürür
# 04 fevral 2013 14:27 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədilə milli seçim turu davam edir. APA-nın məlumatına görə, bu gün İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycan adından çıxış etmək arzusunda olan daha 9 iştirakçı özünü seçimlərdə sınayacaq. Bu, milli seçimlərin altıncı həftəsidir və bu mərhələ 8 həftə davam edəcək. Hər il olduğu kimi, bu il də prosedurlar eyni qaydada həyata keçirilir. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.

 

“Eurovision-2013″ün milli seçim turunun bu gündən başlayan altıncı həftəsinin 8 iştirakçısının adı məlumdur. Bunlar  Fərid Həsənov, Aygül Məmmədova, Rüstəm Əlləzov, Nərminə Seyidova, Davud Əsgərli, Çinarə İsmayılova, Fərid Məmmədov, Arzu Səlimova və Mərdan Kazımovdur.

 

Ölkə təmsilçiliyi uğrunda mübarizə aparan  ifaçılar milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək, bu gün “Eurovision” mahnılarını, sabah  Azərbaycan estradasından nümunələri, çərşənbə günündə isə dünya hitlərini səsləndirəcəklər.  Həmişəki  kimi bu dəfə də onlar səhnə imkanlarını həftənin 4-cü günündə nümayiş etdirəcəklər. Milli seçim turunun 6-cı yarımfinalçısı cümə günü  müəyyənləşdiriləcək.  Həmin gün ifaçılar  repertuar seçimində sərbəstdir. Onlar ilk dörd gün müddətində ən uğurlu hesab etdikləri çıxışı  yenidən göstərməli və ya yeni ifa səsləndirə bilərlər.  Milli seçim turunun birinci yarımfinal mərhələsi  8  həftə müddətində nəzərdə tutulub. Artıq 5 həftənin qalibləri məlumdur.  Münsiflər heyəti və tamaşaçıların birgə rəyinə əsasən  Vüqar Muradov,  Rəvanə Əliyeva,  Fərəh Hadıyeva,  Leyla Əliyeva və Leyl Qafari növbəti mərhələyə vəsiqə qazanıblar.  Xatırladaq ki, ölkə təmsilçimiz  mayın 16-da, “Eurovision” mahnı müsabiqəsinin 2-ci yarımfinalında  yarışacaq.  58-ci şounun iştirakçıları “VVe are one”, yəni “Biz birik” şüarı ilə bir araya gələcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR