APA-nın eurovision.tv saytına istinadən verdiyi məlumata görə, ölkəni gələn il mayında İsveçdə keçiriləcək müsabiqədə “You and Me” adlı mahnısı ilə “Heilsarmee” qrupu təmsil edəcək. Altı nəfərdən ibarət qrupun ən gənc üzvünün 20, ən qoca üzvünün isə 94 yaşı var. Bununla da isveçrəlilər bu il Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsində Rusiyanı təmsil edən “Buranovskiye babuşki” qrupunun yaş rekordunu qırıblar.