Bank Of Baku

“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb

“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb
# 13 mart 2016 03:45 (UTC +04:00)

Bakı-APA. İsveçdə “Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb.

 

APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

 

Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.

 

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

 

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR