Bank Of Baku

“Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinalının nəticələri məlumdur

“Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinalının nəticələri məlumdur
# 16 may 2013 23:18 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. İsveçin Malmö şəhərində “Malmö Arena”da  “Eurovision 2013” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib. APA-nın İsveçə ezam olunmuş müxbirinin məlumatına görə, Azərbaycan təmsilçisi Fərid Məmmədov bu gün keçirilən yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 təmsilçidən biri olub.

II yarımfinalda 17 ölkə - Azərbaycan, Latviya, San Marino, Makedoniya, Finlandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norveç, Albaniya,  Gürcüstan, İsveçrə və Rumıniya təmsilçisi finala çıxmaq uğrunda mübarizə aparıb.  

Bu ölkələrdən Azərbaycan da daxil olmaqla,  Macarıstan, Norveç, Gürcüstan, İslandiya, Rumıniya, Ermənistan, Finalndiya, Malta və Yunanıstan finala vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 18-də baş tutacaq. Final mərhələsində 26 ölkə birincilik uğrunda yarışacaq. Finalçı ölkələr arasında 20-si iki yarımfinal mərhələsindən, 6-sı isə (böyük beşlik – Almaniya, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, eləcə də ötən ilki qalib İsveç) birbaşa finalda yarışmaq hüququ qazanmış ölkə təmsilçisi səhnədə öz şousunu Avropa qarşısında nümayiş etdirəcək.

Azərbaycanın builki şansları da hər il olduğu kimi yüksək qiymətləndirilir və qələbəyə çox yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR