Bakı. Ülkər Qasımova - APA. “Junior Eurovision 2013”ə Ukraynanın ev sahibliyi təsdiqlənib.
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutacaq. Müsabiqənin keçiriləcəyi tarix yaxın müddətdə açıqlanacaq.
Bildirək ki, “Junior Eurovision”un ötən ilki qalibi məhz Ukrayna olub. Yarışmanın şərtlərinə görə, müsabiqəni qalib ölkənin keçirməsi mütləq deyil. Amma yarışmanın rəhbərliyi Ukraynanın namizədliyini qənaətbəxş hesab edərək, müsabiqənin bu ölkədə keçirilməsi razılığına gəlib.