Bank Of Baku

“Miss Azerbaijan-2014” gözəllik müsabiqəsinin növbəti mərhələsi ilə bağlı mətbuat konfransı keçirilib

“Miss Azerbaijan-2014” gözəllik müsabiqəsinin növbəti mərhələsi ilə bağlı mətbuat konfransı keçirilib
# 30 may 2014 15:57 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Miss Azerbaijan-2014” gözəllik müsabiqəsinin növbəti mərhələsi ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın məlumatına görə, müsabiqənin münsiflər heyətinin sədri, modelyer Fəxriyyə Xələfova bildirib ki, ““Miss Azerbaijan-2014” artıq brendə çevrilib: “”Miss Azerbaijan” milli gözəllik müsabiqəsi 1996-cı ildən keçirilir və sevinirəm ki, bu ad artıq brendə çevrilib. Müsabiqə beynəlxalq yarışmalarda uğurla təmsil olunur və əlbəttə bu bizi çox sevindirir. Biz indiyə qədər bir sıra ölkələrin nüfuzlu yarışmalarında iştirak etmişik, nailiyyətlər əldə etmişik. Məsələn, təkcə bu il bir neçə beynəlxalq festivala qatılmışıq. İlin axırına qədər də müxtəlif ölkələrdə iştirak edəcəyik”.

 

Tədbirdə “Miss Azerbaijan-2012” və “Miss Universe Azerbaijan-2013” Aysel Manafova və müsabiqənin əvvəlki illərdə birinciliyini qazanmış şəxslər iştirak edib.

 

Qeyd edək ki, “Miss Azerbaijan” müsabiqəsinin rəsmi internet səhifəsində səsvermə elan olunub. Final şousu iyunun 7-də keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR