Bakı. Xanım Nağıyeva - APA. Dünyanın nüfuzlu bukmeker şirkəti “Eurovision-2013” müsabiqəsində qələbə şansı böyük olan ölkələrin əmsallarını yeniləyib. APA-nın məlumatına görə, dünyanın ən böyük bukmeker şirkəti sayılan “Uilyam Hill” kontorunda (willhill.com) Azərbaycan 5-ci yerdə qərarlaşıb. Azərbaycanın qələbə şansı 14/1 olaraq qiymətləndirilib.
Siyahıda ilk 4 yerdə Danimarka, Ukrayna, Norveç və Rusiya qərarlaşıb.