Bakı. Aygül Rzayeva – APA. Azərbaycanın “Eurovision-2013” Mahnı Müsabiqəsində təmsilçisinin seçilməsi üçün milli final konserti artıq başa çatıb. APA-nın məlumatına görə, "Buta Palace"də keçirilən Milli Final gecəsində 10 finalçı öz performansını nümayiş etdiriblər. Onlar müsabiqədə yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər. Mahnılar ilk dəfə final konsertində səsləndirilib.
Daha sonra Azərbaycanın təmsil olunduğu və əldə etdiyi yüksək nəticələri göstərən 5 illik təmsilçiliyindən bəhs edən video-çarx nümayiş olunub. Bundan başqa 2011-ci ildə müsabiqədə qalib olan Eldar Qasımov və 2012-ci ildə Bakıda keçirilən yarışmada ölkəmizi təmsil edən Səbinə Babayeva müsabiqədə ifa etdiyi “When the music dies” mahnısını səsləndirib.
Hazırda münsiflər heyəti müşavirə zalında müzakirə aparırlar və bir neçə dəqiqədən sonra yekun nəticə açıqlanacaq.