"Supermodel Azerbaijan" beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlanıb

"Supermodel Azerbaijan" beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlanıb
# 26 iyun 2017 11:06 (UTC +04:00)

Azərbaycanda ilk dəfə olaraq keçiriləcək «Supermodel Azerbaijan» beynəlxalq müsabiqəsi üçün sənəd qəbuluna başlanıb.

Layihə MUSE və World Beauty Congress (WBC) tərəfindən həyata keçirilir. Təşkilatçıların APA-ya verdiyi məlumata görə, qeydiyyat iyulun 10-na kimi davam edəcək.

Qalib Azərbaycanı «Supermodel İnternational 2018» dünya müsabiqəsində 40 ölkə arasında təmsil edəcək.

Müsabiqədə 16-26 yaşlı xanımların iştirakı nəzərdə tutulub.

Qeydiyyat üçün 2 ədəd 10x15 ölçüdə (tam üz və tam boy) fotoşəkil tələb olunur. Ünvan : Süleyman Vəzirov 22 ( Xətai Metrosunun arxası )

Qeyd edək ki, yarışmanın informasiya dəstəyi APA Holdinqə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR