Bank Of Baku

Argentinalı musiqiçilər Bakıda konsert verəcəklər

Argentinalı musiqiçilər Bakıda konsert verəcəklər
# 14 iyun 2013 08:23 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyunun 19-da Bakı Musiqi Akademiyasında argentinalı musiqiçilərin konserti olacaq. Bu barədə APA-ya Argentinanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Tutu Yunusova məlumat verib. O bildirib ki, səfirliyin təşkilatçılığı ilə dəvət olunan musiqiçilər Bakıda iki gün qalacaqlar: “Orkestrlə birlikdə gələcək sənətçilərin Azərbaycana səfəri turne çərçivəsində olacaq. Hazırda Almaniyada olan 6 nəfərlik musiqi kollektivi iyunun 18-də Bakıya gələcək”.

 

T. Yunusova qeyd edib ki, iki gün davam edəcək konsertin ilk hissəsi rəsmi olacaq: “İlk hissənin qonaqları Argentinadan və Azərbaycandan dəvət edilmiş siyasi və elm xadimləri olacaq. İkinci hissə isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək və ictimaiyyət üçün olacaq”.

 

Konsertdə sənətçilər Marta İnes Varela, Zulma Cabrera, Xuan Pablo Solta Del Frade, İsmayel Barile, Rumina Belen, Claudio Albert Berqese çıxış edəcək.

 

Qeyd edək ki, tədbir Azərbaycanda bir ildir fəaliyyət göstərən səfirliyin ilk tədbiridir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR