Bank Of Baku

Azərbaycan təmsilçisi “Eurovision 2015” musiqi yarışmasının II yarımfinalında müsabiqəyə qatılacaq

Azərbaycan təmsilçisi “Eurovision 2015” musiqi yarışmasının II yarımfinalında müsabiqəyə qatılacaq
# 26 yanvar 2015 15:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan təmsilçisi bu ilin mayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision 2015” musiqi yarışmasının mayın 21-də keçiriləcək II yarımfinal mərhələsində müsabiqəyə qatılacaq.

 

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbər görə, bu gün ev sahibi olan şəhərdə müsabiqənin iştirakçı ölkələrinin hansı yarımfinalında çıxış edəcəyini müəyyənləşdirmək üçün püşkatma mərasimi keçirilib.

 

Mayın 19-da keçiriləcək “Eurovision 2015”in I yarımfinalında 16 ölkə - Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan, Macarıstan, mayın 21-də keçiriləcək II yarımfinalda isə 17 ölkə - Azərbaycan, Norveç, İrlandiya, Çexiya, Litva, San-Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr, İsveç təmsilçiləri finala çıxmaq uğrunda mübarizəyə qoşulacaqlar.

 

Püşkatmadan sonra “Eurovision” müsabiqəsinin simvolu olan ev sahibi açarı Kopenhagendən Vyanaya təqdim olunub. Bu il müsabiqədə ümumilikdə 39 ölkə təmsil olunacaq. Digər 4 ölkə - İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya, Fransa və ötən ilin qalibi olan Avstriya  birbaşa mayın 23-də keçiriləcək final mərhələsində iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR