Bank Of Baku

Azərbaycanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli seçimlərin dördüncü həftəsi başlayır

Azərbaycanın “Eurovision-2013” təmsilçisinin seçilməsi üçün milli seçimlərin dördüncü həftəsi başlayır
# 14 yanvar 2013 12:08 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədilə milli seçim turu davam edir.

 

APA-nın məlumatına görə, bu gün İctimai Televiziyanın canlı efirində “Eurovision-2013”də Azərbaycan adından çıxış etmək arzusunda olan daha 9 iştirakçı özünü seçimlərdə sınayacaq. Bu, milli seçimlərin üçüncü həftəsidir və bu mərhələ 8 həftə davam edəcək.

 

Hər il olduğu kimi, bu il də prosedurlar eyni qaydada həyata keçirilir. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.

 

“Eurovision-2013″ün milli seçim turunun bu gündən başlayan üçüncü həftəsinin 8 iştirakçısının adı məlumdur. Bunlar Səbinə Şahmədova, Rövşən Əzizov, Ağamehdi Mirzəyev, Aydan Nurəlizadə, Elgün Hüseynov, Boris Bayramov, Xana Həsənova və Leyla Əliyevadır.

 

Qeyd edək ki, iştirakçılar 8 qrupa bölünərək 8 həftə ərzində yarışacaqlar. Bazar ertəsi “Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Hər həftədən bir nəfər yarımfinal mərhələsinə vəsiqə qazanacaq, ümumi bu mərhələdə 8 yarımfinalçı finala çıxmaq uğrunda yenidən mübarizəyə qatılacaq. Təmsilçimiz isə finalçılar arasından seçiləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR