Bank Of Baku

Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb

Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı və mahnısı açıqlanıb
# 10 mart 2016 08:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. İTV-nin “Eurovision-2016” Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib. İTV-dən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.

 

Münsiflər Heyəti yarışda ölkəmizi Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, müsabiqədə “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.


Qeyd edək ki, builki yarışın birinci yarımfinalı 10, ikinci yarımfinalı 12, finalı isə 14 mayda İsveçin paytaxtı Stokholmda keçiriləcək. Azərbaycan birinci yarımfinalda çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR