Bank Of Baku

Azərbaycanın “Junior Eurovision” təmsilçiləri Ömər və Suada: “Qələbə qazanacağımıza hər gün daha çox inanırıq” - FOTO

Azərbaycanın “Junior Eurovision” təmsilçiləri Ömər və Suada: “Qələbə qazanacağımıza hər gün daha çox inanırıq”   - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 12:43 (UTC +04:00)

 

Amsterdam. Ülkər Rəşidqızı - APA. Azərbaycanı “Junior Eurovision” mahnı müsabiqəsində təmsil edən azyaşlı istedadlar Ömər Sultanov və Suada Ələkbərova növbəti məşqlərini ediblər.

 

Ölkəmizin ilk dəfə təmsil olunduğu “Junior Eurovision“ təmsilçiləri APA-nın Amsterdama ezam olunmuş müxbirinə həyəcanlı olduqlarını bildiriblər: “Azərbaycan bu yarışmada ilk dəfə bizim simamızda təmsil olunur. Bu məsuliyyəti anlayaraq hər dəqiqə öz üzərimizdə çalışırıq. Həyəcanlıyıq, amma hər gün yeni nələrsə öyrənirik. Bu, bizim üçün böyük və olduqca maraqlı bir sınaqdır”.

 

Ömər Sultanov hər məşqdən sonra qələbə qazanacaqlarına əmin olduğunu dilə gətirib: “Mən hər gün daha çox qələbə qazanacağımıza inanıram. Eldar Qasımovla “Facebook”da dostam və onun bizim milli seçimlərə qatılmağımıza, bizi dəstəkləməsinə çox sevinirik. Eldar və Nigarla, eyni zamanda Səbinə Babayeva ilə görüşmüşük”.

 

Ömər və Suada dekabrın 1-də ifa edəcəkləri “Boys and girls” mahnısının dostluqdan bəhs etdiyini bildirərək, hər kəsi dostluğa dəyər verməyə çağırıblar. Azərbaycan təmsilçiləri bu müddət ərzində daha çox Rusiya və Gürcüstandan olan rəqibləri ilə dostluq əlaqələri qurduqlarını da diqqətə çatdırıblar.

 

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin geyimlərində ağ, qara və gümüşü rənglərdən istifadə olunub. Ömər və Suadanı dekabrın 1-də səhnədə iki rəqqas müşayiət edəcək. Təmsilçilərimizin rəqsinə Rusiyanın çox tanınmış xoreoqrafı Maksim Nedoleçko quruluş verib. Onu da bildirmək yerinə düşər ki, bu gün Azərbaycan təmsilçiləri Ömər və Suadanın promo materialı media mənsublarına paylanılıb. Azərbaycan 12 iştirakçı arasında təmsilçilərinin promo materialını paylayan hələ ki ilk ölkədir. Media mənsublarına təqdim olunan bu promo materialda üzərində Ömər və Suada yazılmış bloknot, qələm, beysbolka, müsabiqə mahnısının yer aldığı CD yer alıb.

 

“Junior Eurovision 2012” dekabrın 1-də Amsterdamın “Heineken Music Hall”dan İctimai Televiziya ilə canlı yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR