Bakı. Cavid Zeynalov – APA. “YARAT!” Müasir İncəsənət Məkanı və “28 Cinema”nın təşkilatçılığı ilə Bakıda “Miami Short” film festivalı keçiriləcək. APA-nın məlumatına görə, Mayamidə (ABŞ) keçirilən beynəlxalq qısametrajlı filmlər festivalının ən yaxşı filmləri Azərbaycanda nümayiş etdiriləcək.
Filmlərin nümayişi oktyabrın 17-dən 23-dək “28 Cinema”da gerçəkləşəcək. Kinoteatr əvvəlki festivalın ən yaxşı işlərini toplayaraq saat yarımlıq proqramda birləşdirib və bütün dünyadan peşəkar kinematoqrafçıların keyfiyyətli, maraqlı işlərini (kukla və animasiya, rəngli və ağ-qara filmlər, oyunlu, musiqili, sənədli kino və s.) görmək fürsəti yaradıb.
Mayamidə qısametrajlı filmlərin beynəlxalq festivalı hər il keçirilir. Festivalda dünyanın bir çox ölkələrinin filmləri nümayiş olunur.