Bank Of Baku

Bolqarıstan və Finlandiyanın “Eurovision 2013” təmsilçiləri müəyyənləşib

Bolqarıstan və Finlandiyanın “Eurovision 2013” təmsilçiləri müəyyənləşib
# 12 fevral 2013 09:32 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Bolqarıstan və Finlandiyanı təmsil edəcək ifaçılar müəyyənləşib.

 

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, Bolqarıstanı müsabiqədə Elitsa Todorova və Stoyan Yankulov təmsil edəcəklər. Onların ölkənin milli seçiminə müsabiqənin tələblərinə cavab verən beş mahnı təqdim etmək imkanı var. Mütəxəssislər bu mahnılardan üçünü seçərək fevralın 17-də “Nedelya x 3” proqramında təqdim edəcəklər. Martın 3-də keçiriləcək milli seçimin final mərhələsində ifa ediləcək mahnı tamaşaçılar və beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən səslərin yarı-yarıya nisbəti əsasında seçiləcək.

 

Finlandiyanı isə “Eurovision 2013” müsabiqəsində Krista Sieqfrids təmsil edəcək. Finlandiya təmsilçisi “Eurovision-2013” mahnı müsabiqəsinin mayın 16-da keçiriləcək ikinci yarımfinalında “Marry Me!” (“Mənimlə evlən!”) mahnısını ifa edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR