Bank Of Baku

Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsində Azərbaycanın əmsalını yüksəldib

Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsində Azərbaycanın əmsalını yüksəldib
# 24 mart 2015 08:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Eurovision-2015” Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən nüfuzlu bukmeker kontorlarının mövcud əmsallarında dəyişiklik baş verib.

 

APA-nın oddschecker.com saytına istinadən xəbərinə görə, bukmeker kontorlarının “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi göstərdikləri İsveç birinciliyini qoruyub. İsveçin əmsalı 3.50-dən 2.50-yə enib (İsveçə qoyuluş edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə, hər dollara görə 2,5 dollar qazanacaq - red.). İsveçi müsabiqədə “Heroes” mahnısı ilə Mans Zelmerlow təmsil edəcək.

 

Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR