Bank Of Baku

Dünyaca məşhur menecer-prodüser Marsel Avram Bakıya gəlib - FOTO

Dünyaca məşhur menecer-prodüser Marsel Avram Bakıya gəlib - <span style="color: red;">FOTO
# 05 mart 2013 14:13 (UTC +04:00)

 

APA-nın məlumatına görə, Marsel Avramın Bakıya səfərinin məqsədi dünya starlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Marsel Avramın Bakıya səfərinin təşkilatçılıq işlərini "Səs Organization"un rəhbəri Nahid Emiloğlu həyata keçirir. Səfər müddətində Marsel Avramın yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli müğənni Beyonsun Bakıda konsertinin təşkili ilə bağlı sualları cavablandırıb: “ Azərbaycan haqqında çox eşitmişəm. Səfərimin məqsədi Bakı ilə tanış olmaq, Bakının xarici ulduzları qarşılamağa hazır olduğunu bilməkdir. Bilirəm ki, Beyonsun konsertini Azərbaycanda gözləyənlər çoxdur. Yaxın müddət ərzində Beyonsun Türkiyədə konsertini təşkil edəcəyəm, dərhal sonra isə Bakıda konserti üçün hazırlıqlar başlayacaq”.

 

Qeyd edək ki, Marsel Avramın birgə çalışdığı dünya məhşurları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər,  Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi lirik ifaçılar öz konsertləri və turlarını ona etibar ediblər və dünya miqyaslı uğura imza atıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR