Bu fikirləri APA TV-nin efirində “Bunker” proqramının qonağı olan müğənni Eldar Qasımov deyib.
Gənc müğənni səhnə ilə ilk tanışlığını xatırlayıb: “6 yaşım olanda ilk dəfə alman kilsəsində Kaçininin "Ave Mariya"sını ifa etmişdim. Orada məktəbimizin yubileyi keçirilirdi. Deyilənlərə görə, pis alınmamışdı. İndi mən də düşünürəm ki, oradakı çıxışım daha yaxşı idi. Çünki o vaxt daha saf və təmiz idim. Sonralar həmin çıxış mənə inam verdi. Bəlkə də ondan sonra anladım ki, səhnədə olmalıyam. Mən səhnədə yaşayıram”.
Eldar Qasımovun fikrincə, musiqiçi üçün kilsədə, yaxud səhnədə ifa etmək heç nəyi dəyişmir: “Əslində, səhnə elə səhnədir. Hər yerdə eynidir. Səhnə qorxulu deyil, amma həyəcan gətirir. Hər şey mikrofon, insanların enerjisi, alətlər hər şey həyəcan yaradır. Tamaşaçılar mənə enerji verir. Daha məsuliyyətli oluram. Bilirəm ki, mənə tələbat var. Bilirəm ki, mənə oxşamaq istəyənlər var. Ona görə də ayrıca məsuliyyətim var ki, hərəkət və davranışlarıma diqqət edim.
Bəzən səhnə arxasında elə anlar olub ki, bilmişəm ki, çətindir. Amma səhnəyə çıxan kimi bu vəziyyət dəyişib. Mən səhnədə narahat olmuram, qorxmuram, rahat oluram. Amma pərdə arxasında çox şey ola bilər. Evdə, ailədə, dostlarla münasibətlərdə mübahisələr ola bilər. Amma bunun səhnəyə heç bir aidiyyəti olmur. Amma bunların heç birinin tamaşaçıya dəxli olmamalıdır. Tamaşaçı hamıdan, hər şeydən vacibdir. Kameradan da, problemlərdən də, sənin geyimindən də”.
Sənətçi hesab edir ki, bəzən səsin olub-olmaması da o qədər vacib deyil: “Əsas odur ki, sənin təqdim etdiyin ifa tamaşaçıya xoş olsun. İş səsdə deyil, bu nə isə daxili bir şeydir. Elə bil adam səhnə üçün doğulmalıdır, dünyaya aktyor gəlməlidir. Ümumiyyətlə mən səhnəyə çıxanda bir az razı, bir az narazı, bir az utancaq oluram. Görürəm ki, çoxlu adamlar mənə baxır və nə isə etməyimi gözləyir. Bax o baxışları görəndə utanıram. Mənə mane olmaq istəyənlər olmayıb. Əksinə kömək edənlər çox olub və var. Hər yerdə kömək edənlərim olub.
Evdə də hər şeyin üstündə mübahisələr ola bilər. Məsələn, mən axşamlar kompüter arxasına keçib dostlar, pərəstişkarlarla yazışmaq istəyirəm, qardaşım deyir ki, işığı söndür, yata bilmirəm. Belə narazılığımız olur. Sonra da yemək üstündə. O mənim, mən onun yediyi yeməkləri bəyənmirəm. Əslində bizim mübahisələrimiz xırda mübahisələrdir”.
Eldar Qasımov “Eurovision” xatirələrini danışıb: “Evrovision”da Səfurəyə baxırdım. Belə bir istək keçdi içimdən - kaş onun yerində olaydım. Amma bu hədəf mənə çox uzaq gəlirdi, əlçatmaz görünürdü. Qismət belə oldu ki, seçim turlarına getdim. Seçildim və Nigarla bir yerdə Azərbaycanı təmsil elədik”.
Sənətçi Almaniyanın artıq onun üçün doğma ölkəyə çevrildiyini deyib: “2004-2008-ci illərdə orada olmuşam. Mənə elə gəlirdi ki, ora gedə bilsəm, qalib gələ biləcəyəm. Orada məni insanlar anlayırdılar. Alman dilini bilirəm, bu baxımdan rahat idim. Ən yüksəyə qalxmaq istəyirdim. Amma kiminsə məndən qabaqda ola biləcəyindən də narahat deyildim. Çalışırdım ki, mükəmməl bir ifamız alınsın. Biz Nigarla hər gün məşqlərə gedirdik. Məşqləri keçəndə inana bilmirdim ki, bu səhnədəyəm və işləyirəm, məşq edirəm. Düşünəndə ki, o boyda tamaşaçı qarşısına çıxacaqsan, insan tam başqa bir hiss yaşayır. Mən inanmırdım ki, nə zaman xəyalımda qurduğum səhnəni bir vaxt real görəcəyəm. Birinci yeri qazandıq. Otelə gedəndə tək qaldım. Və qəribə sual verdim özümə - yaxşı bəs sonra? Yəni başqa nə ilə insanları təəccübləndirəcək, sevindirəcəksən. Bax, bu çətindir. İndi də mən özümə bu sualı verirəm. Hamını təəccübləndirmək lazımdır. Bu elə bir peşədir ki, sən mübarizədə olacaqsan və təəccüblənsə belə kimsə sənə sağ ol deməyəcək. Amma bunu biləndə belə pozitiv düşünürəm”.
Eldar Qasımov “Eurovision”dakı nəticəni ən böyük qələbəsi hesab edir: “Və bu qələbəni çox gənc yaşda qazandım. İndi daha yüksək zirvələri arzulayıram. Konkret nə olacağını fikirləşmirəm. Amma daha yaxşı mahnılar, şoular barədə düşünürəm. “Qremmi”, Oskar... Bu kimi mükafatları arzulayıram. Təbii ki, işləyəcəyəmsə, bunlar olacaq, əks halda mümkün deyil. İndi ən böyük zirvəm mahnılarımdır”.
Müğənni öz həmkarlarının dünyada tanınmasını arzu etdiyini deyib: “Amma buna nail olmaq üçün ortaya öncə keyfiyyətli iş, sənət qoymaq lazımdır. Həqiqətən inanıram ki, müğənnilərimiz belə mahnılar oxuyacaqlar. Özlərinə də, işçilərinə də, yazarlara da tələbkar olacaqlar. Bu zaman hər şey alınacaq. Hələliksə çoxu belə deyil. Uşaqlıqdan dinlədiyim müğənnilər var. Kimliyindən asılı olmayaraq, onları dinləyirəm. Sənətlərini bəyənirəm.Mən qiymət vermirəm. Sadəcə münasibətimi bildirirəm”.
Eldar Qasımov necə istirahət etdiyinə də aydınlıq gətirib: “İstirahət edəndə musiqi dinləyirəm, rəsm çəkirəm, dostlarımla birlikdə oluram. Amma son illərdə bu istədiyim kimi alınmır. Baxışları üzərimdə his edirəm. Bu xoşdur, amma rahat ola bilmirsən, utanırsan, sərbəstliyin alınır. Ona görə evimə qonaq çağırıram və qonaq gedirəm. Tanınsam da diplomat kimi çalışmaq istəmərəm. İnsanlar var ki, məhz bu peşə üçün doğulublar. Mən daha çox səhnəyə aid biriyəm. Mən səhnədə daha çox mənəm. Hər insan əlindən gələn işlə məşğul olmalıdır. Amma qazandığım diplomatik biliklərdən indi də istifadə edirəm. Yəni insanları daxilinə vara, incəliklərini anlaya bilirsən. Daha doğrusu, istəyirəm ki, bunu edim. “Eurovision” titulum qiymətlərə təbii ki, təsir edir. Amma mən də getdiyim yerlərdə gözəl şoular göstərməliyəm. Buna pul lazımdır. Mənimlə işləyən insanları da qiymətləndirib, dəyərləndirməliyəm. Qiymət həm də buna görə müəyyənləşir”.
Eldar Qasımov: ““Evrovision”da Səfurəyə baxanda qəflətən qəlbimdən onun yerində olmaq arzusu keçdi” - VİDEO
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq