Bank Of Baku

Eldar Qasımovun iştirakı ilə “Böyük səhnə” beynəlxalq layihəsi start götürür

Eldar Qasımovun iştirakı ilə “Böyük səhnə” beynəlxalq layihəsi start götürür
# 30 dekabr 2012 09:49 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın "Eurovision" qalibi Eldar Qasımovun iştirakı ilə “Böyük səhnə” layihəsinə start veriləcək. Bununla bağlı APA-ya məlumat verən sənətçi bildirib ki, o, bu layihə üçün bir müddət əvvəl öz rəsmi səhifəsində yerləşdirdiyi elanda istedadlar axtarışında olduğunu bildirib. Beynəlxalq musiqi layihəsi yanvarın 16-da Bakıda reallaşacaq.  E.Qasımov deyib ki, onunla bərabər bu layihədə digər ölkələrdən tanınmış mütəxəssislərin iştirak edəcəyi gözlənilir: “Əgər sən oxumağı sevirsənsə və ömrün boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayırsansa, o zaman sən bizimləsən. Sadəcə buna can atmaq və bizə doğru gəlmək lazımdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR