APA-nın məlumatına görə, müğənni bu haqda bu gün sahibi olduğu “Sea Breeze” restoran-otelində keçirilən mətbuat konfransında bildirib.
E. Ağalarov 50 gün ərzində 27 şəhərdə konsert verəcəyini deyib.
Müğənni restoran-oteldə bu gün gənc müğənni Çingiz Mustafayevlə mövsümün açılışını edəcəklərini qeyd edərək, mövsüm boyu Rusiyanın bir çox tanınmış simalarının bu səhnədə çıxış edəcəklərini qeyd edib: “Hələ cədvəli tərtib etməmişik. Ancaq əminəm ki, olduqca maraqlı konsertlər olacaq”.
Emin Çingiz Mustafayevin yaxın aylarda “Yurmala” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyini də bildirib: “Mən müsabiqə təşkilatçılarına məhz Çingizi tövsiyə etdim. Çingiz çox maraqlı ifaçıdır. İstedadı olmasaydı, mən onu tövsiyə etməzdim. Ancaq bu o anlama gəlməməlidir ki, Çingiz bu müsabiqədəki iştirakına görə mənə borcludur”.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Çingiz Mustafayev isə “Yurmala” müsabiqə zamanı üç mahnı ifa edəcəyini açıqlayıb: “Üç mahnıdan biri mənim öz bəstəm, digəri dünya hitidir. Sonda məşhur bir ifaçı ilə duetim olacaq. Emin olmasaydı, mən bu müsabiqəyə qatılmayacaqdım. Ona sonsuz minnətdarlığımı bildirirəm”.
***
saat 17.49
Bakı. Xanım Nağıyeva - APA. Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov geniş miqyaslı konsert proqramlarına hazırlaşır.
APA-nın məlumatına görə, müğənni bu haqda bu gün keçirilən mətbuat konfransında bildirib.
E. Ağalarov 50 gün ərzində 27 şəhərdə konsert verəcəyini deyib.