Bakı. Ülkər Qasımova – APA. Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin yeni “Anqel Bes” mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Müğənninin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, klipin çəkilişləri ötən ilin oktyabrında Polşada baş tutub.
İrina Dubtsova ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn yeni sinqlın bəstəkarı Eminin özüdür: “Bu, mənim rusiyalı müəlliflə ilk işimdir və nəticədən çox razıyam. Ümid edirəm ki, dinləyicilərimin fikri mənim fikrimlə üst-üstə düşəcək”.