Bank Of Baku

Türkiyəli məşhur aktyor Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək

Türkiyəli məşhur aktyor Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək
# 04 fevral 2016 11:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fevralın 14-də Türkiyənin teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. APA-nın məlumatına görə, konsertdə sənətçini Özgür Sevincin dirijorluğu ilə “Sinema simfoni” müşayiət edəcək.

 

Emre Kınay 1970-ci ildə İstanbulda sənətçi ailəsində anadan olub. Teatrla yanaşı, bir çox filmdə də rol alan E. Kınay “İlan hekayəsi”, “İki ailə”, “Günəşi beklerken”, “Ah kalbim”, “Günəşin qızları” seriallarında baş rolları canlandırıb.

 

Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradıb. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR