Bank Of Baku

Fransada 66-cı Kann kinofestivalı başlayıb

Fransada 66-cı Kann kinofestivalı başlayıb
# 15 may 2013 10:48 (UTC +04:00)

APA-nın festivalın saytına istinadən verdiyi xəbərə görə, festival rejissor Bez Lurmanın Frensis Skot Fidceraldın eyniadlı romanı əsasında lentə aldığı və Hollivud ulduzu Leonardo Di Kaprionun baş rolda çəkildiyi "Dahi Qetsbi" filminin nümayişi ilə açılıb.

 

Festivalın müsabiqə proqramında 20 film festivalın əsas mükafatı olan "Qızıl Palma Budağı" uğrunda mübarizə aparacaq. Bu il münsiflər heyətinə dünya şöhrətli rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

 

Azərbaycandan bu il Kann kinofestivalının "Qısa metr" proqramında "Narimanfilm" və İtaliyanın Torre kino şirkətlərinin birgə istehsalı olan "9x9" qısametrajlı bədii filmi iştirak edir.  Filmin ssenari müəllifi və rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir.  Festivalda Azərbaycan pavilyonu təşkil olunacaq və Azərbaycan nümayəndə heyəti festivalın sonrakı günlərində nüfuzlu kino xadimləri, prodüser mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirəcək.

 

66-cı Kann kinofestivalı mayın 26-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR