Bank Of Baku

Hollivud ulduzu Pirs Brosnan Moskvada keçirdiyi brifinqdə Bakı xatirələrindən danışıb

Hollivud ulduzu Pirs Brosnan Moskvada keçirdiyi brifinqdə Bakı xatirələrindən danışıb
# 11 sentyabr 2014 10:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Məşhur Hollivud aktyoru, Ceyms Bond obrazını yaratmış Pirs Brosnan Moskvada keçirdiyi brifinqdə Bakı ilə bağlı xatirələrini bölüşüb.

 

APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, amerikalı aktyor Azərbaycanda çox isti qarşılandıqlarını bildirib.

 

"Yadımdadır ki, həftənin birinci günü, səhər həyat yoldaşımla sağollaşıb, Bakıya getdim. Bu çox qeyri-adi bir təcrübə idi. Hər yerdə neft buruqlarını, neftayırma zavodlarını görürdük. Bu peyzaj bizim filmə çox uyğun idi. Bizi çox isti qarşıladılar", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, "Rossiya Seqodnya" agentliyində Pirs Brosnanın Moskvada çəkildiyi "Noyabrın adamı" filminin təqdimat mərasimi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR