Bank Of Baku

İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınıb

İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası üzrə məhkəməyə hazırlıq  prosesi təxirə salınıb
# 05 aprel 2013 16:57 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq prosesi təxirə salınaraq aprel ayının 9-na təyin edilib. Bu barədə APA-ya İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva məlumat verib. Vəkil bildirib ki, qarşı tərəf məhkəmə prosesində iştirak etmədiyinə görə məhkəmə təxirə salınıb.

 

N. Dostəliyevanın vəkili Yunus Vəliyev isə onlara məhkəmənin tarixi barədə məlumat verilmədiyini söyləyib. O, lazımi sənədləri toplayıb qarşı tərəfi məhkəməyə verməyə hazırlaşdıqlarını da açıqlayıb.   

 

Qeyd edək ki, bir müddətdir xalq  artistləri arasında qalmaqal yaşanır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR