Bank Of Baku

İTV: Elnur Hüseynovun "Eurovision-2015" mahnı müsabiqəsinə göndəriləcəyi xəbəri həqiqətə uyğun deyil

İTV: Elnur Hüseynovun "Eurovision-2015" mahnı müsabiqəsinə göndəriləcəyi xəbəri həqiqətə uyğun deyil
# 20 fevral 2015 10:19 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. İctimai Televiziya “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.

 

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, E. Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik. “Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.

 

Qeyd edək ki,  “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki “Eurovision-2105” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR