Bank Of Baku

Kukla Teatrının əməkdaşı "Bala Turkvizyon” mahnı müsabiqəsinin qalibi olub

Kukla Teatrının əməkdaşı "Bala Turkvizyon” mahnı müsabiqəsinin qalibi olub
# 16 dekabr 2015 11:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının əməkdaşı Nuray Rəhman Türkiyədə keçirilən “Türkvizyon” - Türk dünyası mahnı yarışması çərçivəsində baş tutan “Bala Turkvizyon” ilk uşaq mahnı müsabiqəsinin qalibi olub. 
 
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 13 türkdilli ölkədən 5-16 yaş arasında uşaqların iştirak etdiyi yarışmada “Uşaqlıq illəri” mahnısı ilə (musiqisi Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmova) 115 xal toplayaraq, qalib gələn digər həmyerlimiz Əhməd Əmirli də birincilik qazanıb. 
 
  
Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olaraq ölkəmizi təmsil ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR